Biləsuvarda da intihar - Evdə özünü asdı
Yanvarın 14-də Biləsuvar rayonunda 32 yaşlı ailə başçısı özünü asıb. Biləsuvar Rayon Polis Şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Bağbanlar kənd sakini 1984-cü il təvəllüdlü Sadıqov Firuz Rüstəm oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun özünü öldürməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır. Qeyd edək ki, Firuz Sadıqov evli idi.