Əlaqə Arxiv
news Image
2012.11.29
14:04
| A A A
Həzrəti Məhəmmədi təhqir edilən filme 7 edam!

Movqe.az xəbər verir ki, Hz.Məhəmmədə (s.ə.v.) və İslam dininə təhqir cəzasız qalmayıb. Sentyabrda bir çox ölkədə iğtişaşa səbəb olan "Müsəlmanların Məsumiyyəti" filminin hazılanmasında rolu olan yeddi Misirli Xristian, edam cəzasına məhkum edilib. 

Qahirədə keçirilən məhkəmədə qərarı açıqlayan Hakim Seyf əl Döyənək Süleyman, "Yeddi şübhəli İslam dinini və peyğəmbərini alçaldan bir filmin istehsalı və nəşrində rol aldıqları üçün İslam dinini alçaltmaqda günahkar bilinib" - dedi. 

Aşağı büdcəli "Müsəlmanların Masumiyet" filmi, ABŞ-ın Kaliforniya əyalətində yaşayan Misir əslli Kıpti Xristian Nakoula Basseley Nakoula prodüserliyi ilə çəkilib. Filmdə Hz.Məhəmmədə təhqir ehtiva edən ifadələr, dünyanın dörd bir yanında qanlı aksiyalara səbəb olub.

Libyanın Bingazi şəhərində ABŞ Konsolosluğuna təşkil edilən hücumda isə səfir Chris Stevens və üç amerikalı öldürülmüşdü.

Sizin Reklam Yeriniz