LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
İsmayıllıda əhalinin kommunal problemlərinin həlli diqqət mərkəzindədir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində
son illərdə İsmayıllıda əhaliyə göstərilən xidmətlərin səviyyəsi
xeyli yüksəlib. Əhaliyə göstərilən kommunal xidmətlərinin
keyfiyyətinin yaxşılaşdırılması şəhərin və digər yaşayış
məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması,
anti-sanitariyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün
rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar sahəsi
tərəfindən əsaslı işlər görülüb, tədbirlər həyata keçirilib.
2009-cu ildə rayonun Kommunal Müəssisələri Kombinatına 1 ədəd "KamAz" markalı su maşını, 2010-cu ildə isə 4 ədəd kommunal təyinatlı yeni texnika verilib. 2010-cu ildə rayon üzrə əhaliyə göstərilən kommunal xidmətlərin həcmi 438200 manat, o cümlədən pullu xidmətlərin həcmi 29944 manat təşkil edib. Bu da ötən illə müqayisədə 61054 manat çoxdur. Rayonda əvvəlki illərə nisbətən xidmət növləri artıb, xidmətlərin əhatə dairəsi genişlənib. Ənənəvi xidmətlərlə yanaşı, şəhərin işıqlandırma sisteminə xüsusi diqqətlə yanaşıb, işıq nöqtələrinin sayı 1840 ədədə çatdırılıb.
2010-cu ildə kommunal təsərrüfatı sahəsində görülən əsas işlərdən biri də rayonun Quşencə kəndi ərazisində Yaponiyanın maliyyə dəstəyi ilə Məişət tullantılarının idarə edilməsi poliqonunun tikilib istifadəyə verilməsidir. Burada məişət tullantıları çeşidlənir, xammal kimi yaramayan tullantı növləri yandırılır. Poliqonun istifadəyə verilməsi rayonun digər ərazilərinin çirklənməsinin qarşısını alıb, ekoloji durumu yaxşılaşdırılıb. Mənzil İstismar Sahəsinin balansında olan 942 mənzilə xidmət göstərir.
2010-cu ildə təşkilat sakinlərə 9286 manatlıq xidmət göstərib və bu da ötən illə müqayisədə 976 manat çoxdur. 2010-cu ildə əhalidən gələn pul gəlirləri 8559 manat olub, yığım 92 faiz təşkil edib. 2010-cu ildə dövlət büdcəsindən mənzil fondunun əsaslı və cari təmirinə 123176 manat vəsait xərclənib.
Son illərdə ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən üç yaşayış binasının dam örtüyü və fasadları əsaslı təmir olunub. Prospektdə yerləşən 7 saylı, 9 saylı və 11 saylı binalarda 84355 manatlıq təmir işləri aparılıb. Bundan əlavə, Nizami küçəsindəki üç kommunal yaşayış binasının dam örtükləri tam təmir olunub. Həmin binaların təmirinə 3298 manat vəsait xərclənib.
Son illərdə əhaliyə rabitə və poçt xidmətlərinin keyfiyyəti xeyli yaxşılaşdırılıb, 2009-cu ildə 268, 2010-cu ildə isə 305 mənzilə yeni telefon xətləri çəkilib. Rayon Telekommunikasiya Qovşağı hesabat ilində 660,2 min manat gəlir əldə edib və bunun da 560,1 min manatı əhalidən gələn gəlirlərdir. 2010-cu ildə rayonun telefon şəbəkəsi tam elektronlaşıb.
Əhaliyə yüksək sürətli internet xidmətinin göstərilməsi üçün ADSL avadanlığı quraşdırılıb, internet istifadəçilərinin sayı 640 nəfəri keçib. 356 nəfər abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir. Elektronlaşma ilə əlaqədar bütün kənd ATS-lərinin yerləşdiyi binalar əsaslı təmir edilib. Əhaliyə telefon - rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə 2011-ci ildə 500 yeni telefon xəttinin çəkilişi planlaşdırılıb. Kənd ATS-lərinin fibro-optik kabelə keçilməsi cari ildə başa çatdırılacaq.
İsmayıllı Poçt filialı 2010-cu ildə 136,7 min manat tarif gəlirləri əldə edib və bu da keçən illə müqayisədə 17,2 min manat çoxdur. Keçən illə müqayisədə istismar xərcləri 2,7 min manat, balans zərəri isə 18,5 min manat azaldılıb. Əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 95,5 min manat olub və bu da keçən illə müqayisədə 30,3 min manat çoxdur. 2010-cu ildə Hacıhətəmli kəndində müasir poçt binası tikilib istifadəyə verilib.
Rayonda əhaliyə ticarət və iaşə xidmətlərinin göstərilməsi üçün müəyyən işlər görülüb, satışa çıxarılan ərzaq və sənaye məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub, vaxtı keçmiş, köhnəlmiş ərzaq məhsulları satışdan çıxarılaraq zərərsizləşdirilib. "İsmayıllı-iaşə" MMC-nin balansında olan 11 iaşə şəbəkəsi, həmçinin özəl yeməkxana və çayxanalar əhaliyə iaşə xidməti göstərib. 2010-cu ildə iaşə əmtəə dövriyyəsi 1380 min manat olub və bu da keçən ilin müvafiq dövrünə nisbətən 110 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 19486 min manat olub.
Dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı əsas məsələlər həll olunub. Son illər ərzində tikilən yeni modul tipli elektrik stansiyaları, həmçinin kiçik su elektrik stansiyaları, mövcud stansiyalarda yenidənqurma işləri ölkəmizi elektrik enerjisi ilə tam təmin edir. Hətta Azərbaycan bir neçə xarici ölkəyə elektrik enerjisi ixrac edir. Növbəti illər üçün alternativ enerji mənbələrindən istifadə etməklə enerji hasilatını bir qədər də gücləndirmək nəzərdə tutulub. Bütün bunların nəticəsi olaraq rayonda elektrik təchizatı ildən-ilə yaxşılaşıb, əhali fasiləsiz enerji ilə təmin edilib. Hesabat ili ərzində rayon üzrə 41982,5 min kilovat saat elektrik enerjisi istehlak olunub. Rayonun Sumağallı, Çayqovuşan, İstisu, Qalacıq kəndlərinin elektrik şəbəkəsinin yenidən qurulması başa çatdırılıb, 854 ədəd smart-kart tipli sayğac quraşdırılıb. Müxtəlif ərazilərdə zədələnib sıradan çıxmış 19 ədəd transformator təmir olunaraq yenidən işlək vəziyyətə gətirilib. 52 ədəd yeni dəmir beton dayaq basdırılıb, 150 ədəd ağac dayaq yeniləri ilə əvəz olunub. 25,5 kilometrlik daşıyıcı xətdə əsaslı təmir işləri aparılıb. İl ərzində 182 abonent üçün yeni sayğac quraşdırılmışdır.
Rayonda qaz təchizatı ilə bağlı məsələlər son illərdə xeyli yaxşılaşıb, İsmayıllı şəhəri və 28 kənd qazlaşdırılıb, əhalinin qaz yanacağına olan tələbatı lazımi səviyyədə ödənilib. Əvvəllər təbii qazdan istifadə edən yaşayış məntəqələrində qaz xətləri bərpa edilib, qaz xətti olmayan ərazilərin qazlaşdırılması üçün xətlərin çəkilişi davam etdirilib. Həmçinin daşıyıcı qaz xətlərində cari təmir işləri aparılıb, mövcud imkanlar daxilində abonentləri qaz yanacağı ilə təmin etmək üçün zəruri tədbirlər görülüb.
İsmayıllı şəhərinin Cavanşir, Ə.Vahid, İ.Həsənov, N.Səmədov, Xanlar, Z.Tağıyev, Babadağ küçələrində yeraltı qaz kəməri yerin səthinə çıxarılaraq yenidən çəkilib. Son iki ildə Qalınçaq, Təzəkənd, Buynuz, Talış, Aşıqbayramlı, Xəlilli, Qarakolluq, Gəraybəyli, Eyyubbəyli və Kürdmaşı kəndlərinə təbii qazın verilməsi bərpa edilib, Topçu, Hapıtlı və Yeniyol kəndlərində təmir-bərpa işləri başa çatdırılmaq üzrədir.
Hesabat ilində 1285 yeni abonent qeydiyyata alınıb. 1302 sayğac quraşdırılıb, 280 həyətdaxili sayğac küçəyə çıxarılıb və 943-ü dəyişdirilərək daha müasir sayğaclarla əvəz edilib. İsmayıllı şəhəri daxilində 6 yeni qaz tənzimləyici şkaf quraşdırılıb və 132-si təmir olunub. İsmayıllı Qaz İstismar Sahəsi il ərzində 10065 abonentə xidmət göstərib, 1 milyon 718 min 363 manatlıq təbii qaz satıb. Ödəniş 1 milyon 675 min 544 manat olub və bu da satılmış təbii qazın 97,5 faizini təşkil edir.
Qaz təchizatının yaxşılaşdırılması, əhali tərəfindən istehlak olunmuş qaz haqlarının vaxtında ödənilməsi, sayğaclara müdaxilələrin qarşısının alınması məqsədilə RİH başçısının yanında yaradılmış qərargahın səmərəli fəaliyyəti nəticəsində problemlər aradan götürülüb, ödənişdə ciddi dönüş yaranıb.
Son illərdə İsmayıllıda istilik təchizatı sisteminin təmiri, bərpası və yenidən qurulması işi davam etdirilib. Yeni istilik sistemləri quraşdırılıb. Yeni tikilmiş, əsaslı təmiri aparılmış məktəblərdə, RİH, təhsil və mədəniyyət şöbələrinin, mərkəzi xəstəxananın yerləşdiyi binalarda, əlillər və şəhid ailələri üçün tikilmiş yaşayış evlərində və digər binalarda modul tipli qazanxanalar quraşdırılıb.
2010-cu ildə əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə də tədbirlər həyata keçirilib. Kənd bələdiyyələri, icra nümayəndələri qarşısında əhalinin içməli suya olan tələbatını ödəmək vacib şərt kimi qoyulub. Kənd bələdiyyələrinin vəsaiti hesabına bir neçə yaşayış məntəqələrinə içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri aparılıb.
"Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə II layihə" çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin, Mican və İsmayıllı kəndlərinin su və kanalizasiya sisteminin yenidən qurulması üçün layihələşdirmə işi başa çatdırılıb, şəhərin yeni yaşayış massivində 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.
Bundan əlavə, İsmayıllı kəndi və şəhər ərazisində Heydər Əliyev adına parkda su təchizatını yaxşılaşdırmaq məqsədilə subartezian quyuları qazılaraq istifadəyə verilib. Lahıc qəsəbəsində 315 fərdi yaşayış evinin içməli suya olan tələbatının ödənilməsi üçün yeni 400 tonluq anbardan 5 min metr daşıyıcı su xətti çəkilib.
Şəhərin su xətlərində, kanalizasiya sistemində təmir-bərpa işləri aparılıb. Xənəyə çayından 150 və 220 metr məsafələrdən yeni su xətləri çəkilərək əsas daşıyıcı boruya qoşulub. Hesabat ili ərzində su sayğaclarının quraşdırılması davam etdirilib, əhaliyə 486978 kubmetr su satılaraq 81829 manat vəsait əldə edilib.
Rayonda 8850 ha suvarılan əkin sahəsi mövcuddur. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması və sudan səmərəli istifadə olunması məqsədilə "Sudan İstifadə Edənlər Birliyi" yaradılıb. Suvarılan torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması ilə əlaqədar Mican, Qalınçaq kəndlərində 800 ha sahədə kompleks tədbirlərin aparılması nəzərdə tutulub və layihə-smeta sənədləri hazırlanıb. Həmin kəndlərdə ümumi layihə ölçüləri 6750 noqonametr olan beton kanalın tikintisinə başlanılıb. Kanal üzərində 1 ədəd baş suqəbuledici qurğu, 4 ədəd suayırıcı qurğu, 4 ədəd borulu keçid, 2 ədəd kanala suburaxıcı qurğu tikilib. 400 ha sahədə meliorativ tədbirlər aparılıb. Çaylarda sahilbərkitmə işləri davam etdirilib. Buynuz kəndinin sel sularından mühafizəsi üçün Göyçay çayında 400 p/m daş beton bəndin tikintisi başa çatdırılıb.
Tərlan Nəsirli
Bakı-İsmayıllı-Bakı
(ardı var)
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub