25 min fil dişləri üçün öldürülüb
Movqe.az xəbər verir ki, Ümumdünya
Təbiəti Mühafizə Fondu
(WWF)
tərəfindən yayımlanan bir
hesabatda, yalnız
2011-ci ildə 25
min filin dişləri
üçün qətl edildiyi
bildirilib. 2012-ci
ildə dişləri üçün
öldürülən fil sayının
daha çox olduğu
təxmin edilir.
Dünyada 470 mindən
daha az sayda
filin qalmış ola biləcəyi
düşünülür. Təşkilat
ötən
həftə qeyri-qanuni
ovlanmanın qarşısını almaq
üçün Tayland,
Nigeriya və Demokratik
Konqo Respublikasına sərt
sanksiyalar tətbiq etmək
qərarı almışdı. "Nəsli kəsilməkdə
olan vəhşi heyvan
və bitki növlərinin
Beynəlxalq ticarətinə dair
Konvensiya" (CITES) -nın
tərəfləri 3 ildən
bir təşkil edilən yığıncaq
üçün bir araya
gəlib. Afrikada sayı
yalnız 25 minə
yaxın olan , buynuzları
üçün qətl edilən kərgədan
sayı ötən illə müqayisədə
yarı yarıya
artıb; qeydlərə
görə yalnız Cənubi
Afrikada 668 qədər
kərgədan öldürülüb. Xatırladaq
ki, "CITES" 1989-ci
ildə, fil
ölümlərini azaldacaq tarixi
bir addım olaraq
görülən beynəlxalq fil dişi
ticarətini qadağan etmişdi.