Əlaqə Arxiv
news Image
2013.03.12
13:55
| A A A
Avropa pornoqrafiyaya qarşı çıxdı

Movqe.az xəbər verir ki, Avropa Parlamenti tərəfindən "cinsiyyətlə bağlı qəliblərin aradan qaldırılması" mövzusunda hazırlanan hesabat onu müşayiət edən qərar layihəsi, dünən ümumi məclisdə müzakirə edilib bu gün səsə qoyulacaq. Kartika Tamara Liotard tərəfindən hazırlanan hesabatda, media, ünsiyyət reklam sektorlarında cinsiyyətlə bağlı ayrı-seçkilik yaşandığı məhsulların satışa çıxarılması üçün qadınların "cinsi obyekt" olaraq istifadə edildiyi fikirinə yer verilib. Hesabatda həmçinin, televiziya proqramları, video oyunları video kliplərində yer verilən "seksual pozalar təhrikedici geyimlərdən ticarət məqsədli istifadə edildiyi" bildirilib. Pornoqrafiyanın "hər ötən gün daha çox mədəni ünsür" halına gəldiyi xatırladılan hesabat AB ölkələrinin Avropa Parlamentinin 1997-ci ildə qəbul etdiyi bir qərarı əsas götürüb, mediada hər cür pornografiyının qadağan edilməsini tələb edir. AB ölkələrindən, pornoya nəzarət edəcək xüsusi planlar hazırlanması istənilib. AB ölkələrində "Porno Sənayesi"nin, ciddi sərvət gətirən bir sektor halına çevrilməsi, AP-nin qadağa "qərarının qədər tətbiq olunması" mövzusunda sual yaradır.

Sizin Reklam Yeriniz