Əlaqə Arxiv
news Image
2013.03.14
15:20
| A A A
Ən az ömürlü kişilər...

Movqe.az
xəbər verir ki, Ümumdünya Səhiyyə
Təşkilatı (WHO) Avropa keçmiş Sovet ölkələrindəki həyat müddətlərini araşdırdığı 2012-ci ilə aid hesabatını yayımlayıb. Hesabata görə, dünyada ömür müddəti ən qısa olan kişilərin Ruslar olduğu meydana çıxıb. Ümumilikdə 53 ölkənin qeydə alındığı araşdırmada, Rus kişiləri orta hesabla 60,8 il yaşayır, ən uzun ömür müddəti 80,1 illə İsrailli kişilərə məxsusdur. İkinci sırada 78,4 illə İngilis kişiləri gəlir. Ümumdünya Səhiyyə Təşkilatının qadınlar üzərində etdiyi araşdırmada isə İspan qadınların orta hesabla 85 illə ilk sırada olduğu meydana çıxıb. Türk qadınları orta hesabla 74 il yaşadıqları halda, siyahının son sırasında olan Qırğız qadınlarının orta hesabla 73 il yaşadığı qeyd edilib. Xatırladaq ki, Azərbaycanda
əhalinin orta ömür müddəti 72,2 il, o cümlədan qadınlar üçün 75,0 il, kişilər üçün 69,4 ildir. Araşdırmada, 53 ölkədəki ölüm səbəbləri müzakirə olunub. Buna görə; Avropa Orta Asiyada yaşayanların 80 faizi ürək xəstəlikləri, xərçəng xroniki ağciyər xəstəlikləri səbəbindən, 65-ci ilə qədər yaşayanların 20 faizinin damar tıxanıqlığı beyin xəstəlikləri ucbatından dünyasını dəyişdikləri meydana çıxıb.
Sizin Reklam Yeriniz