Əlaqə Arxiv
news Image
2013.05.01
17:58
| A A A
Bütün pulunu xərclədi, amma məqsədinə çatmadı

Movqe.Az-ın məlumatına görə, amerikalı Henri Qribbohm, 2 min 600 dollarlıq pulunu lunaparkdakı bir oyun üçün xərcləyərək qarşılığında yalnız oyuncaq banan qazanıb. Nyu Hempşir əyalətində yaşayan Henri Qribbohm, həftə sonu şəhərinə gələn karnavalı ziyarət edib. Qribbohm, oyun sahəsindəki "Tubes of Fun" adlı oyuna qatılaraq böyük mükafat olan "Xbox"u qazanmağı qarşısına məqsəd qoyub. Hələ oyunun ilk dəqiqələrində 300 dollarını itirən Qribbohm, evinə geri dönərək yığdığı 2 min 300 dolları götürüb oyuna davam edib. Oyunun qaydalarına görə, bir qabın içinə top atmaq lazımdır. Ancaq daha əvvəldən təcrübəsi olduğunu söyləyən Qribbohm, topların avtomatik olaraq geri çıxdığını bildirib. Yerli televiziya "WBZ"nin xəbərinə görə, Qribbohm səhəri gün oyun sahibinə gedərək şikayət edib. Qribbohm, şikayətinin qarşılığı olaraq 600 dollarını geri alıb və oyuncaq bir banan qazanıb. Polis, 30 yaşındakı Qribbohmun hiylə etdiyini bildirərək istintaq başladıb.

Sizin Reklam Yeriniz