Əlaqə Arxiv
news Image
2013.05.02
14:40
| A A A
Ana südü bakteriyaları gücsüzləşdirir

ABŞ-dakı Buffalo Universitetindən olan elm adamlarının apardığı araşdırma, ana südündəki bir zülalın, ağır sətəlcəm və müalicəsi çətin bəzi infeksiyalara yol açan bakteriya və mikrobların antibiotiklərə müqavimətinin azaldılmasında iştirak etdiyini göstəriblər. Movqe.Az-ın məlumatına görə, laboratoriya mühitində heyvanlar üzərində edilən araşdırma, "Human Alpha-lactalbumine made ​​lethal to tumor cell" (Hamlet) zülalının penisillin və eritromisin kimi bir çox antibiotikin bakteriyalara qarşı təsirini artırdığını məlum edib. Amerikanın "Plos One" jurnalında nəşr olunan araşdırmaya imza atanlardan Anders Hakansson, "Hamlet" sayəsində bakteriyaların çoxunun öldüyünü vurğulayıb. "Hamlet"in ana südündə təbii halda tapıldığını ifadə edən Hakansson, bu zülalın çox güclü antibiotiklərin əksinə yan təsirinin olmadığını da qeyd edib. Araşdırmanın, xəstəxanaların qarşı-qarşıya olduğu antibiotiklərlə müqavimətli "super mikroblar" problemiylə mübarizəsində müsbət rol oynayacağı bildirilib. "Hamlet"in xərçəngə təsiri də bir çox araşdırmaya mövzu olub.

Sizin Reklam Yeriniz