NASA, Rus Kosmos Agentliyi ilə müqaviləsini yenilədi
NASA, Rus
Kosmos Agentliyi ilə
müqaviləsini yenilədiyini
açıqlayıb. Razılaşmaya görə
NASA, 6 astronotunun
2016-2017-ci ildə Soyuz
kosmos vasitəsi ilə UUİ-ə
gedib-gəlməsi və lazımlı
təhsilləri alması üçün Rus
Kosmos Agentliyinə 424
milyon dollar verəcək.
Yeni müqaviləyə görə bir
astronavtın kosmos səfəri,
NASA-a 70,6 milyon
dollara başa gəlir. NASA,
əvvələr də Rus kosmos agentliyinə
hər astronavta görə 65 milyon
dollar ödəyirdi. Amerika
kosmos xidmətinin 2011-ci ildə
təqaüdə ayrılmasından sonra kosmos
stansiyasına ediləcək ticarət
səfərlərinin böyük əhəmiyyət
qazanması ilə NASA, mərkəzi
Virciniadakı Dullesdə olan
"Orbital Sciences" şirkəti
ilə 1,9 milyard dollarlıq
müqavilə imzalamışdı. Razılaşmaya
görə Orbital Sciences, ildə
2 dəfə olmaqla 8 səfər
təşkil edəcək. "Cygnus" vasitəsi,
UUİ cəmi 20 min kiloqram
yük daşıyacaq. NASA-ın
12 yük səfəri üçün 1,6
milyard dollarlıq müqavilə
bağladığı SpaceX şirkəti isə
Dragon vasitəsiylə indiyə
qədər 3 dəfə səfər təşkil
edib.