Bu da yaşlanmağımızın səbəbi!
Movqe.az xəbər verir ki, elm adamları beynin fiziki yaşlanmağına nəzarət edən bölgəni təsbit etdiklərini açıqlayıblar. Bu fikir, yaşlanmağın qarşısını ala bilər. "Nature" jurnalında nümayiş olunan xəbər, bədənimizin yaşlanmasının beyində olan; inkişaf, istehsal və maddələr mübadiləsini təşkil edən hipotalamusda reallaşdığını aşkar edib. Elm adamları tərəfindən yaşlanmanın səbəbinin beyində olduğu uzun müddətdir düşünülsə də edilən araşdırma bu iddiaların ilk dəlili olub. Araşdırmaçı qrup, siçanlar üzərində etdikləri təcrübələrdə, hipotalamustan beynə siqnal göndərən NF-kb molekulunu aktiv edərək ya da maneə törədərək yaşlanmağı sürətləndirib- yavaşlandırdıqlarını bildirib. Lakin yaşlanmanı tamamilə dayandırmaq hələlik mümkün deyil.