Əlaqə Arxiv
news Image
2013.05.03
19:00
| A A A
Öldü bilinən qadın 11 il sonra ortaya çıxdı

Öldü sanılaraq qeydlərə belə keçirilən amerikalı bir qadın, iki uşağını ataraq aradan itməsindən 11 il sonra təkrar ortaya çıxıb. Movqe.Az-ın məlumatına görə, polis, qadının 11 il müddətində restoranların zibil qutularından bəslənib körpü altlarında yataraq həyatını davam etdirdiyini bildirib. 2002-ci ildə ortadan itdiyi zaman biri 8 digəri 12 yaşında iki uşağı olan Brenda Heist adlı amerikalı bir ana, şəxsiyyətini gizləyərək davam etdirdiyi 11 ildən sonra təkrar ortaya çıxıb. Bəhs edilən ildə ərindən boşanma davasıyla məşğul olduğu bildirilən qadının, məhkəmə nəticəsində ona sığınacaq verilməməsini öyrənəndən sonra belə addım atıb. Pennsilvaniadakı həyatından, işindən və birlikdə yaşadığı iki uşağından, arxasına baxmadan ayrılan qadın Floridada yeni bir həyat davam etdirmək üçün yollara düşüb və düşdüyü yollarda da, ancaq avtostop çəkərək Floridaya çata bilib. Heistin 2002-ci ildə ortadan itməsindən sonra, boşandığı əri yeni bir evlilik edib və qadın, bir məhkəmə qərarı ilə qeydlərə "ölü" olaraq keçirilib. Polis şərhində, uşaqlarından biri universitet məzunu digəri isə "West Chester" Universiteti tələbəsi olduğu öyrənilən qadının, 11 il müddətində restoranların zibil qutularından bəslənib körpü altlarında yataraq həyatına davam etdirdiyi bildirilib.

Sizin Reklam Yeriniz