Londondakı "Stansted" hava limanında 7 ildir işləyən 31 yaşlı Kris Holmes, xəyallarını reallaşdırmaq üçün bir qanuna imza atıb. Movqe.Az-ın məlumatına görə, uzun müddətdir tortlar bişirən Holmes, istefasını da hazırladığı nəhəng tortun üzərinə yazıb. Tortun üzərindəki yazı isə belədir: "Bu gün mənim 31 yaşım olur və yenicə ata olmuşam. Buna görə də, çox qiymətli olduğunu təzəcə anladığım həyatımı özümü və başqalarını xoşbəxt etməklə keçirməyə qərar verdim. Buna görə sizə istefamı və qalan zamanımı ailəm və tort işimə keçirəcəyimi bildirirəm. Şirkətə və iş yoldaşlarıma gələcək üçün yaxşı arzularımı çatdırır, bu tortu bəyənsələr internet saytından sifariş verə biləcəklərini bildirmək istəyirəm". Tortu alan müdirinin təəccübləndiyini söyləyən Holmes, 6 ay ərzində bu istefa üçün çalışdığını, sevdiyi işlə məşğul olacağınının xoşbəxtliyini yaşadığını açıqlayıb.