Movqe.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda gecə saatlarında başlayan yağış, yolları gölə çevirib. Küçələrdə yığılan sular, avtomobil sürücülərinə və piyadalara çətin anlar yaşadıb. Qış aylarında belə bu qədər sıx yağmyan yağış, Səudiyyə gəncləri tərəfindən sevinc və coşğu ilə qarşılanıb. Bəzi gənclər yağışın yağdığı saatlarda avtomobilləriylə yollarda gəzib. Şiddətli yağışı qış aylarında görmədiklərini ifadə edən Saad Məhəmməd al-Şahrani adlı şəxs, "Yağış yağır, çox şükür. Gördüyünüz kimi şiddətli yağış var. Allah xeyir eləsin" deyib. Yağışın yağmasını xoşbəxtliklə qarşılayan Sultan Rubayyi əl-Uteybə isə Allahdan bunu daimi etməsini xahiş etdiyini ifadə edib. Ötən günlərdə Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində yağan yağışların səbəb olduğu sel fəlakətində 20-dən çox insan həlak olmuşdu.