Əlaqə Arxiv
news Image
2013.05.08
15:48
| A A A
Estetik əməliyyat istəyi onu bu hala gətirdi

Estetik əməliyyat asılısı koreyalı bir qadın həkimlərin artıq silikon verməyi rədd etməsi üzərinə üzünə yeyilən yağ vurdurub. Movqe.Az "Daily Mail"in xəbərinə istinadən bildirir ki, keçmiş model olan Hanq Miokunun üzünün forması, öz-özünə etdiyi gözəllik tətbiqlərindən sonra qalıcı olaraq pozulub. Aldığı bir şüşə silikonun hamısını üzünə  vurduran Hanq, sonra yeyinti yağı sınağdan keçirib və bunun nəticəsində üzü tamamilə şişərək bərbad hala düşüb. Qadının vəziyyəti Koreya televiziyasında yayımlanıb və tamaşaçılar onun üzünün düzəlməsi üçün lazım olan əməliyyat xərcini qarşılamaq məqsədiylə pul hədiyyəsi veriblər. İlk 10 əməliyyatda həkimlər qadının üzündən 60 qram, boynundan isə 200 qram silikon, yağ və digər xarici maddələri çıxarıb. Ancaq Hanqın üzü yenə də köhnə vəziyyətinə dönməyib. Hanq ilk əməliyyatını 28 yaşında Yaponiyada yaşamağa başladığı zaman edib və o vaxtdan bu yana davamlı olaraq estetik əməliyyat etdirib. "Dərisinin hamar və yumşaq olması" mövzusundakı istəyi davam etdirən Hanqın üzü sonda artıq dərəcədə böyüyüb və həkimlər artıq başqa bir əməliyyat etməyi rədd ediblər.

Sizin Reklam Yeriniz