Əlaqə Arxiv
news Image
2013.05.10
18:22
| A A A
Nəfəs almadan yaşamaq mümkün olacaq

ABŞ-da, oksigen ehtiyacını qarşılaya bilən bir mikro parçacıq inkişaf etdirilib. Movqe.Az-ın məlumatına görə, Boston Uşaq Xəstəxanasında bir araşdırma qrupu, qan axışına oksigen vurulmasını təmin edən bir mikro parçacıq kəşf ediblər. Kəşf sayəsində, insanların ağciyərlərindəki havanı istehlak etmək, yəni tənəffüs etmədən oksigen ehtiyacını qarşılaya bilmək mümkün olacaq. "TechWench" saytının xəbərinə görə, tənəffüs çatışmazlığından ölüm təhlükəsi yaşayan xəstələr 30 dəqiqə boyunca həyatda qala biləcək. Bu müddət tənəffüs çatışmazlığı səbəbiylə baş verən infarkt və ya digər xəstəliklərin qarşısının alınması üçün kifayətdir. Qana oksigen vurularaq mikro hissəcik, qırmızı qan hüceyrələrinə nisbətlə üç-dörd qat daha çox oksigen daşıyır. Oksigen, yağdan çıxarılan hüceyrə divarını təmsil edən parçacıqdan yığılır. Hüceyrə divarının yağdan olması, keçmişdə dəyişik maddələrdən hazırlanan hissəciklərlə müqayisədə elastikliyi sayəsində kapilyar damarlarda yoxa çıxmır. Dr. Con Keirin rəhbərlik etdiyi araşdırma qrupu, tibb sahəsində yeni yol aça biləcək kəşflərini tənəffüs çatışmazlığı çəkən gənc bir xəstəni itirmələrindən sonra həyata keçiriblər. Xatırladaq ki, sətəlcəm olan gənc qız, ağciyərlərinin qanla dolmağa başladığından sonra müdaxilə ediləcək kifayət qədər vaxt olmadığı üçün ani ürək dayanması nəticəsində həyatını itirib.

Sizin Reklam Yeriniz