"Facebook Home" ilk 100-ə belə girə bilmədi
"Facebook"un "Android" əsaslı telefonlar üçün hazırladığı "Home" interfeysi, bu ana qədər gözlənilən müvəffəqiyyəti göstərə bilməyib. Movqe.Az-ın məlumatına görə, tətbiq bir çox ölkədə ilk 100 tətbiq sırasına girə bilməyib. "Facebook", mobil istifadəçilərinin "PC" istifadəçilərini geridə buraxmasının ardından təqdim etdiyi "Home" interfeysiylə bu ana qədər istədiyi müvəffəqiyyəti əldə edə bilməyib. Məlumatlara görə, ictimai media şəbəkəsinin aprel ayının əvvəlində təqdim etdiyi "Home Facebook" 751 milyon mobil istifadəçinin yalnız 1 milyonu tərəfindən istifadə edilib. Dünən təşkil edilən mətbuat konfransında, "Home" interfeysinin 1 ay ərzində 1-5 milyon endirilmə rəqəminə çatdığı bildirilib.