Əlaqə Arxiv
news Image
2013.05.13
18:19
| A A A
Təkcə qadınlardan ibarət metro

Səudiyyə Ərəbistanda inşaası davam edən yeni bir metro xəttinin tamamilə qadın personalı tərəfindən idarə ediləcəyi bildirilib. Movqe.az "Arab News"a istinadən bildirir ki, paytaxt Riyaddakı Şahzadə Nura min Abdülraham Universiteti şəhərcikində qurulan relsli sistem sentyabr ayında fəaliyyətə keçəcək. Səudiyyə Dəmiryolu Şirkəti tərəfindən icra edilən proyektdə vəzifəli bir şəxsin sözlərinə görə relsli sistemin xərci 150 milyon dollar olacaq. Dəmiryolu üçün avtomatlaşdırma texnologiyası təqdim edən Ansalda STS Şirkəti Ticarət direktoru Eduardo La Fikara isə qatarlarda sürücü olmamasına baxmayaraq 55 xanımdan ibarət personalın hamısının Danimarkada təhsil alacağını bildirib. Mənbələrə görə Səudiyyə Ərəbistanının dəmiryollarına ayırdığı investisiyaların dəyəri 31 milyard dolları aşıb.  Həmçinin ölkədəki dəmiryolu şəbəkəsinin bütün Körfəz ölkələrini bir-birinə bağlayacaq sistemə daxil edilməsi düşünülür.


Sizin Reklam Yeriniz