Pəhriz kitablarını kişilər də oxuyur
İnternet kitab markası "idefix", satış rəqəmlərini ictimaiyyətlə paylaşıb. Movqe.Az-ın xəbərinə görə, açıqlanan məlumatlar pəhriz kitablarının qadınlar qədər kişilər tərəfindən də maraq gördüyünü ortaya qoyur. Digər tərəfdən e-kitaba olan tələb qadınlarda daha çox görülərkən, kişilər çap edilmiş kitabı seçirlər. Qadınların e-kitaba olan tələbləri kişilərə nisbətən 25 faiz daha çox olduğu müşahidə edilib. Lakin çap edilmiş kitaba olan tələbatda kişi oxucuların qadınlardan 20 faiz daha çox olduğu məlum olub. Pəhriz kitabları satışının yaşlara görə bölünməsinə baxıldığında isə ən böyük tələbin 36-45 yaş arası oxuculardan gəldiyi görülür. Bu yaş qrupu, cəmi satışların 40 faizə yaxın bir hissəsini təşkil edir.