Əlaqə Arxiv
news Image
2013.05.15
16:02
| A A A
Günəşdə ardıcıl 4 partlayış olub

Günəşdə bir neçə gün ərzində dördüncü dəfə maksimum dərəcədə partlayış meydana gəldiyi deyilib.

Movqe.Az Rus xəbər agentliyi "Ria Novosti"ə istinadən xəbər verir ki, son günlərdə günəşdə dördüncü böyük partlayışın meydana gəlməsinin yer üzündəki peyk yazışma problemlərinə təsir edəcəyi deyilib. Edilən şərhdə, belə deyilib:

"Bu gün saat 06.00 radələrində yenə eyni aktiv bölgədə iki gündə dördüncü X dərəcəsində partlayış meydana gəlib. Bu dərəcədəki qeyri-adi güclü partlayışlar davam edir, bununla da dünyanın işıqlıq tərəfində radio verilişlərində problem yaşana bilər." Günəşdəki partlayışların yaydıqları rentgen işığı şiddətinə görə A, B, C, M və X olaraq beş kateqoriyada müəyyən olunur. Ən aşağı səviyyə olan A 0.0 -da Yer orbitində 1 kvadrat metrə düşən 10 nanovat şüaya bərabər gəlir. Partlayışın şiddəti sonrakı dərəcəyə bərabər gələn hərfə keçdikdə isə on qat artır. Günəşdə son dəfə meydana gələn güclü partlayış 23 Oktyabr 2012-ci ildə olub və bu partlayış rentgen işığı şiddətinə görə X 1.8 olaraq təsbit edilib.


Sizin Reklam Yeriniz