6 həftəlik iş bir neçə gündə həll olundu
İş həyatının ən çox vaxt aparan tərəflərindən biri olan müqavilələrin hazırlanması, alıcılara göndərilməsi, imzalandıqdan sonra yenidən geri qaytarılması böyük çətinlik yaradır. Movqe.Az "New York Times"a istinadən xəbər verir ki, Hevlet Pakardın hər il dünyanın müxtəlif yerlərindən minlərlə müştəri və satıcısına göndərib imzalandıqdan sonra geri aldığı 100 səhifəlik sənədlərin zarflanması, poçta verilməsi təkrar geri gəlməsi təxminən beş-altı həftə davam edir. Lakin DocuSign Inc. tərəfindən inkişaf etdirilən bir tətbiq sayəsində bu əməliyyatlar yalnız bir neçə gündə tamamlanıb. Smartfon, tablet və kompüterlərdə istifadə edilən tətbiq, bütün sənədlərin rəqəmsal mühitdə göndərilib imzalandıqdan sonra geri alınmasını təmin edir.