Əlaqə Arxiv
news Image
2013.05.16
16:13
| A A A
Bunları yeyərdiniz? - FOTOLAR
Birləşmiş Millətlər Təşkilatının (BMT) aclıqla mübarizə, bəslənməni dəstəkləmək üçün "alternativ qida qaynağı" olaraq təklif etdiyi böcəklər, əslində Çində yenilən və alternativ olmayan qida qaynaqlarındandır. Movqe.Az-ın məlumatına görə, Çinin paytaxtı Pekində olan "Vangfucing" prospektindəki restoranlarda müxtəlif böcəklər fərqli üsullarla bişirilərək təqdim edilir. Əqrəb və hörümçək növləri, ilbiz, qırxayaq, hamam böcəyi, ipək böcəyi, çəyirtkə, dəniz böcəkləri və daha bir çox regional böcək növü Çinin bəzi bölgələrində yeyilir. Böcək restoranları ilə məşhur "Vangfucing" prospekti isə bütün böcək növlərinin bir araya toplandığı ən turistik yer olaraq bilinir. Prospektdəki böcək restoranlarından, şüşələrə düzülmüş əqrəbdən, çəyirtkə və ilan növlərinə qədər bir çox həşəratlar ümumiyyətlə "şiş kabab" olaraq xidmət edilir. Küçənin bir xüsusiyyəti isə satıcıların "böcəyin təzə olub-olmamasını sübut etmək üçün qışqırmalarıdı". Çünki müştərilərə təqdim edilən məhsulların bir çoxu canlı düzüldüyü şişlərdə hərəkət edilir və canlı-canlı qızardılıb müştəriyə elə həmin an təqdim edilir. Ərazidəki restoranlarda böcəklər növünə və boyuna görə dəyişik qiymətlərə satılır. Belə ki, orta hesabla 1 manatdan təxminən 15 manata qədər "şişdə böcək" növü tapmaq mümkündür. Ən sevilən məhsul zəhərsiz əqrəblərdir. Yerli və xarici turistlərin böyük maraq göstərdiyi prospektdə, maraqlı menyuların bir yerdə xidmət edilməsi ərazidə qatı bir qoxunun hakim olmasına səbəb olur. Yalnız böcək deyil, eyni zamanda qırmızı və ağ ətin də fərqli souslarla bişirilmiş növlərinin təqdim edildiyi prospektdə, bəzi kiçik dükanlar, pişik və it əti də satdıqlarını bildirirlər. Küçələrdə sıra ilə yerləşən restoranlarda insanların görüb qorxduğu böcəkləri "iştahla" yeməsi maraqlı görünüşlər meydana gətirir. Əqrəbi yeyənlər, bunu quyruq yağına bənzədərkən, bəziləri sınamaq adına, bəziləri isə həqiqətən sevdiyi üçün yeyir. Böcəklərdən əlavə mürəkkəb balıqları və sprut kimi dəniz məhsullarının da dadına baxanlar da, bəzi qidaların dadsız olduğunu  və bu məhsulları yalnız sınamaq adına yediklərini qeyd ediblər. BM hesabatında böcəklərin, zəngin dəmir, maqnezium, manqan, fosfor, selenium və sink qaynağı olduğu bildirilib. Lakin bu bölgədəki insanlar böcəkləri bunun üçün deyil, yalnız xoşladıqlarına görə yediklərini açıqlayıblar. Xatırladaq ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, çəyirtkələr və qarışqalarla böcəklər aləminin digər üzvlərinin insanlar, ferma və ev heyvanları üçün alternativ qida qaynağı ola biləcəyini açıqlamışdı. "Yeyilə bilən böcəklər: Qida və Yem təhlükəsizliyinin Gələcəyi üçün təkliflər" adlı 200 səhifəlik hesabatda, dünyanın fərqli bölgələrində 2 milyard adamın hazırda süfrələrində zülal və mineral baxımından zəngin böcəklərə yer verdiyi də ifadə edilib.









Sizin Reklam Yeriniz