Əlaqə Arxiv
news Image
2013.05.17
15:09
| A A A
Su içmək arıqladır?
Su maddələr mübadiləsinin, həzm sisteminin sürətlənməsinə və şişin aradan qalxmasına kömək edir

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, suyun yerinə çay və qəhvəyə üstünlük vermək düzgün deyil. Su içmək isə əsla insanı arıqlatmır. Sadəcə aldığınız kalorinin xərclənməsinə, maddələr mübadiləsinin, həzm sisteminin sürətlənməsinə və şişin aradan qalxmasına kömək edir. 


Bir çox araşdırmalar göstərir ki, ehtiyac olduqda su içmək maddələr mübadiləsini sürətləndirir və bununla da aldığınız kalorinin xərclənməsini  tezləşdirmiş olursunuz.


Beynimiz aclıq hissi ilə susuzluğu bir-birinə qarışdırır. Özünüzü ac hiss etdikdə dərhal 1 stəkan su için. Və beləliklə də, daha çox kalori almaq qorxunuz olmayacaq. 


Sizin Reklam Yeriniz