Son on ildə, yüksək səviyyə sinə xərçəngi gənc qadınlar arasında artım göstərir. Movqe.Az-ın məlumatına görə, sinə xərçəngində həyatda qalma şansı beş il üçün 31% səviyyəsindədir. Bundan əlavə qadınlar, ailələrində xərçəng xəstəliyi yoxdursa, gənc yaşlarında sinə yoxlamasından keçmələri ilə bağlı yönləndirilmirlər. Mütəxəssislər gənc qadınlar arasında xərçəng hadisələrinin artmasının digər səbəblərini "yalnış təxmin, təkrarlanan nəzarət təkliflərinə əməl olunmaması, tibbi sığortanın olmaması və potensial həyat müddətinin uzun olaraq düşünülməsi"nə bağlayır.
Xəstəliyin artımın səbəbi hələ tam olaraq müəyyən deyil. Son on ildə hadisə sayındakı artım olduqca diqqət çəkir. 1970-ci illərdə, metastatik döş xərçəngi diaqnozu 4.4 faiz ikən, 1990-cı illərdə 5.5 faizə çıxıb, 2000-ci illərdə isə bu nisbət 7.2 faizə qədər yüksəlib. Mütəxəssislər, mövcud hadisələri araşdıraraq ekoloji faktorların təsirli olub olmadığını araşdırır. Son illərdə artan öiylənmə xəstəliyi faktorlar arasındadır. Bu artımın başqa bir səbəbi də, həkimlərin metastatik sinə xərçəngini fərqli mərhələlərdə diaqnoz etməsidir.