Əlaqə Arxiv
news Image
2013.05.20
15:08
| A A A
99 yaşlı nənə rekord qırdı

Movqe.az xəbər verir ki, İngiltərədə yaşayan Doris Lonq, 99-cu ad gününü Portsmousdakı 11 mərtəbəli bir binanın təpəsindən iplə aşağı atlayaraq edib. Yardım təşkilatlarına kömək üçün binadan iplə aşağı enməyə 85 yaşında başlayan "Cəsur Doris" ləqəbli çılğın nənə,  "dünyanın iplə atlayan ən yaşlı adamı" rekordunu da qırıb. 35 metr yüksəklikdəki binadan iplə aşağı enən Lonqa 7 yaşındakı Dylan Bryant yoldaşlıq edib. 13-cü dəfə binadan iplə atlayan və macəranın yaşı olmadığını sübut edən Lonq, ilk sınağında bir az çətinlik çəkən kiçik dostuna kömək etməyə də laqeyd yanaşmayıb.



Sizin Reklam Yeriniz