Əlaqə Arxiv
news Image
2013.05.20
16:25
| A A A
Avropa əhalisi ifrat köklükdən əziyyət çəkir

Movqe.az xəbər verir ki, AB sərhədlərində yaşayanların 50 faizindən çoxu piylənmə xəstəliyindən əziyyət çəkir. Xüsusilə uşaqlar arasında bu xəstəlik sürətlə yayılır. Ən kilolu ölkələr Macarıstan və İngiltərə, ən "zəifləri" isə İtaliya və Hollandiya olub. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə Avropa Birliyi (AB) ölkələrində köklük artıq mübarizə edilməsi lazım olan bir xəstəlik halına gəlib. AB əhalisinin 50 faizindən çoxu ifrat kiloludur. AB ümumisindəki piylənmə statistikalarına görə Macarıstan birinci yerdə qərarlaşıb. Bu ölkədə 18 yaşından böyük vətəndaşların 28 faizi həddindən artıq kiloludur. Macarıstanı, İngiltərə, İrlandiya, Malta, Lüksemburq və Çexiya izləyir. Həddindən artıq kilolular siyahısının son sıralarında isə Rumıniya, İtaliya və Hollandiya yerləşir.

Sizin Reklam Yeriniz