Əlaqə Arxiv
news Image
2013.05.20
19:53
| A A A
Çinlilərə xəbərdarlıq: Yerə tüpürməyin

Çin Kommunist Partiyasının üst səviyyə üzvü və baş nazir köməkçisi Uanq Yanq, Çin vətəndaşlarının yüksək səslə danışma və yerlərə tüpürmə kimi davranışlarının xaricdə xoş olmayan görünüşlərə səbəb olduğunu söyləyib. Movqe.Az-ın məlumatına görə, Uanq Yanq, "Hər il ölkə xaricinə çıxan 83 milyon çinlinin daha diqqətli və nəzakətli olması lazımdır. Çünki bu insanlar eyni zamanda ölkələrini təmsil edirlər, bunu ağıllarından çıxarmamalıdırlar" deyib. Xatırladaq ki,102 milyard dollarla dünyanın ən çox turizm xərcləməsi olan ölkəsi Çində 2000-ci ildə ölkə xaricinə çıxanların sayı 10 milyon olduğu halda bu gün 83 milyona çatmış vəziyyətdədir.

Sizin Reklam Yeriniz