Keyt də küləyin şıltaqlığına məruz qaldı
Movqe.az xəbər verir ki, yeddi aylıq hamilə olan
Kembric Düşesi Keyt Middletonun qabarıq qarını artıq gözlərdən
yayınmır. Ötən günlərdə kameralara poza verən Middletonun küləkli
havada uçuşan ətəyi bütün diqqətləri qarınından qıçlarına
çəkib. Qatıldığı bir toy mərasimində küləyin şıltaqlığına
məruz qalan Middleton, ətəyinin uçduğunu bildikdə isə çox
utanıb. Middleton keçən ay Şahzadə Uilliam və Şahzadə Hari ilə
qatıldığı "Warner Bros Studio" turunda yenə bu paltarı geymiş, gecə
müddətində uçmasın deyə ətəklərini tutmaq məcburiyyətində
qalmışdı. İngiltərənin küləkli havasına dayanıqlı olmayan bu
paltara Middleton üçüncü bir şans verməyəcək kimi
görünür. Onun görüntüləri Merlin Manronun 1955-ci il tarixli
məşhur Yaz Subayı filmindəki səhnəsini ağıllara
gətirib.