Əlaqə Arxiv
news Image
2013.05.21
18:13
| A A A
Kökəlmək xasiyyət dəyişikliyinə yol açır

"The Journal Psychological Science"da  nəşr olunan yeni bir araşdırma, kilonun xarakterə təsir edə biləcəyini müdafiə edir. Movqe.Az-ın məlumatına görə, Florida Əyalət Universitetindəki Tibb və Milli Sağlamlıq İnstitutundan olan araşdırmaçıların fikrinə görə, artıq kilo almış insanlar hərəkətlərində ümumiyyətlə həm daha düşüncəsiz həm də daha təmkinli olurlar. 1900 iştirakçının təcrübədən keçdiyi araşdırmada, bədən və xarakter xüsusiyyətlərini analiz ediblər. Tapdıqları nəticələrə görə, insanlar artıq çəki aldıqdan sonra xasiyyətləri dəyişərək düşüncəsiz, anlıq qərarlar verən və tədbirli olma meyllərində artım müşahidə edilib. Buna bənzər olaraq, 2011-ci ildə Xarakter və İctimai Psixologiya jurnalında ("The Journal of Personality and Social Psychology") nəşr olunan bir araşdırma da, düşüncəsiz və ani qərarlar verən insanların, davamlı olaraq kilo alıb-vermə dövrünə daha uyğun olduqları və bədən kütlə indekslərinin normanın üstündə olması riskini daha çox daşıdıqlarını göstərir.

Sizin Reklam Yeriniz