Əlaqə Arxiv
news Image
2013.05.21
18:36
| A A A
ABŞ Senatı: "Apple kifayət qədər vergi ödəmir"

Movqe.az "BBC"yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Senatı, kompüter texnologiyası nəhəngi Apple-ı ölkənin ən böyük vergi ödəməyən şirkətlərindən biri olmaqda günahlandırıb. Senat komissiyası, Apple-ın  ödəməsi lazım olan milyardlarla dollar gəlir vergisini ödəmədiyini söyləyib. Apple İcra heyəti Başçısı Tim Kuk bu gün bir senat panelinin qarşısına çıxacaq. Kuk əvvəldən hazırladığı ifadəsində, şirkətin vergi verməmək üçün hiylə işlətmədiyini bildirib. Komissiya, "Apple"ın hər hansı bir qeyri-qanuni iş gördüyü iddiasında deyil. Senat komissiyası 145 milyard dollarlıq nağd ehtiyatı olan Apple-ın bu miqdarın 102 milyard dollarını ölkə xaricində tutaraq ABŞ vergisini azad tutduğunu söyləyir. Apple isə ABŞ-da yüksək miqdarda vergi ödəyən şirkətlərdən biri olduğunu və 2012-ci ildə 6 milyard dollarlıq federal gəlir vergisi ödədiyini bildirib.

Sizin Reklam Yeriniz