Yayda corab geyilməyəcək
Pakistan rəsmiləri ictimai işçilərinə həddindən artıq istilər olduğuna görə corabsız iş əmri veriblər. Movqe.Az-ın məlumatına görə, Pakistanda artıq xroniki hala gələn enerji böhranı üzündən səlahiyyətlilər ictimai işçilərindən enerji qənaəti üçün bütün kondisionerləri söndürmlərini, yüksələn istilərdən təsirlənməmək üçün də corab geyinməmələrini istəyib. Pakistanda qənaət tədbirləri çərçivəsində ölkənin bəzi bölgələrində də 20 saata yaxınlaşan müddətlərdə elektrik kəsilməsi tətbiq olunur. Rəsmilərdən biri ictimai binalarda kondisionerlərin daha az istifadəsiylə əhəmiyyətli bir enerji qənaəti reallaşacağını qeyd edib. Enerjiyə qənaət üçün nəzərdə tutulan geyim şəkli isə makasen və ya səndəl növü ayaqqabıların corabsız geyilməsidir.