Canlı yayımda ana südünün dadına baxdı...
Movqe.az xəbər verir ki, Holandiyada kanalların birində yayımlanan "Şənbə gecəsi şou"sunda maraqlı və qeyri-adi hadisə baş verib. Belə ki, proqramın aparıcısı Paul de Leeuw proqrama gələn qadınlara ana südünün necə olub-olmaması barədə suallar verib. Proqram iştirakçılarından biri canlı yayımda aparıcıya bildirib ki, yayımdan sonra onun üçün bir şüşə süd göndərə bilər. Bu zaman aparıcı Paul de Leeuw südü yalnız qaynağından içməyi tərcih etdiyini söyləyib. . Wendy adlı qadın "O, zaman dişləmək olmayacaq" cavabını verib. Bu hadisə digər tamaşaçıların gülüşünə və medianın isə marağına səbəb olub.