Əlaqə Arxiv
news Image
2013.05.24
15:54
| A A A
Rusiyanın Facebooku "VKontakte" səhvən qara siyahıya alındı

Movqe.az xəbər verir ki, Rusiyada gündəlik 40 milyon istifadəçiyə çatan sosial ünsiyyət saytı VKontakte, kütləvi informasiya və media Nəzarət Təşkilatı Roskomnadzor tərəfindən qara siyahıya alınıb. Sosial mediada sərt reaksiyalara səbəb olan maneə törətmənin səhvən edildiyi açıqlanıb. Roskomnadzor, bəzi bölgələrdə maneə törədilən saytın səhvən qara siyahıya alındığını açıqlayıb. Təşkilat nümayəndəsi Vladimir Pikov, "Bir insan səhvindən qaynaqlanan yanlışlıq olub. İşçimiz səhv yerə işarə qoyub. Səhvi düzəltdik. "deyib. Rusiyanın Facebooku olaraq bilinən sosial ünsiyyət saytı gündəlik 40 milyon istifadəçiyə qədər çıxa bilir. Parlamentdən çıxan yeni qanuna görə uşaq pornoqrafiya, narkotik, intihar və radikal məzmunların olduğu saytlar Roskomnadzor tərəfindən məhkəmə qərarı olmadan bağlana bilər. Roskomnadzor əvvəllər də texniki səhv ilə YouTube və Google girişlərini bağlamışdı.

Sizin Reklam Yeriniz