"Tək istifadəlik" olacaq
AB, restoranlarda zeytun yağı şüşəsi istifadə etməsini qadağan edəcək. Movqe.Az-ın məlumatına görə, Avropa Birliyi, 1 yanvar 2014-cü il etibarilə restoranlarda zeytun yağı şüşəsi istifadəsin qadağan edəcək. Yağ şüşələri tək istifadəlik məhsullarla dəyişdiriləcək. Tənzimləmə AB-nə üzv 27 ölkənin 15-nin səsi ilə qəbul edilib. Almaniya və Skandinaviya ölkələri tənzimləməyə qarşı çıxarkən, İngiltərə bitərəf qalıb. Tənzimləmənin edilmə səbəblərinin başında gigiyena qayğısı və şüşələrin zeytun yağının yerinə başqa yağlarla doldurulmasıdır. Bunun qarşısını almaq üçün məhsulların üzərinə etiket qoyulacaq. Avropanın zeytun yağı istehsalçıları İspaniya, İtaliya, Yunanıstan və Portuqaliya tənzimləməyə dəstək verib.