Əlaqə Arxiv
news Image
2013.05.24
18:22
| A A A
Restoranlarda 30 dəfə daha çox xərclənilir

Rusiyanın paytaxtı Moskvada ev yerinə çöldə yemək mədəniyyəti sürətlə yayılır. Son 10 ildə çöldə axşam yeməyi üçün xərclənən miqdar ən az 30 qat artıb. Gələcəy dövrdə isə artımın daha sürətli olması gözlənilir. Movqe.Az-ın məlumatına görə, Moskva Bələdiyyəsi Ticarət və Xidmətlər Şöbəsi Başçısı Aleksey Nemeryuk, RİA Novosti xəbər agentliyinə etdiyi qiymətləndirmədə, səhər, günorta və axşam yeməkləri və digər qəlyanaltı üçün ümumi xərclərin son 10 ildə ən az 6 qat artdığını, 2015-ci ilə qədər isə on qatdan daha çox artacağı istiqamətində olduğunu söyləyib. Moskovalıların 30 faizi nizamlı olaraq kafe və restoranlara gedir. 2016-cı ilə qədər adam başına illik ortalama xərclənən rəqəm 16 min rubla (516 dollar) çatacaq. 2025-ci il üçün bu rəqəm isə 27 min rubl (870 dollar) olaraq iki qat yüksələcək. Paytaxtda hər cür ləzzətin və keyfiyyətin tapıla bilməsinə toxunan Nemeryuk, xidmət üçün gözlənilən ortalama 5-7 dəqiqəlik müddətin qəbul edilə bilməz olduğunu söyləyib. Xidmət sektorunda keyfiyyətə toxunan səlahiyyətlilər, dünya ümumisindəki tətbiqlərin nümunə götürülməsi lazım olduğunu bildiriblər.

Sizin Reklam Yeriniz