Incəsənətə elektrik enerjisi verən boya
Movqe.Az xəbər verir ki, İngilis Krallıq İncəsənət Akademiyası tələbələrinin iki il əvvəl yaratdığı elektrik cərəyanlarını qaçıran boya incəsənətdə yeni bir cığır açıb. Hər cür səthə yayıla bilən boya çox yaradıcı və əyləncəli layihələr yaradılmasını təmin edərək tələbələrə elektrik axınları haqqında təhsillərində də böyük fayda verir. Otaq istiliyində quruyan, səth müqaviməti 50 mikron qalınlıqda təxminən 55 om olan məhsul led lampalar və kiçik mikrofon kimi aşağı enerjili elektron məhsullarda istifadə edilə bilir. Su keyfiyyətli boya asanca yuyula bilir. Məhsul əgər daimi olaraq istifadə edilirsə su keçirməz cila və ya lakla daimi hala salına bilir. Məhsul 6 sterlinqə satılır.