Əlaqə Arxiv
news Image
2013.05.27
17:45
| A A A
Albalının faydaları
Aspirindən güclü ağrı kəsici xüsusiyyətinə malik olduğunu bilirdiz?

Mütəxəssislər, vitamin və minerallara sahib olan yay aylarının sevilən meyvəsi albalının beyin sağlamlığından həzm problemlərinə qədər bir çox xəstəliyə faydalı olduğunu, hətta aspirindən güclü ağrı kəsici xüsusiyyətinin olduğunu da bildiriblər. Movqe.Az-ın məlumatına görə, beyin sağlamlığı üçün böyük əhəmiyyət daşıyan albalının bir çox faydasının olduğunu açıqlayan mütəxəssislər, albalının alçheimer kimi xəstəliklərə tutulma ehtimalını azaltdığını vurğulayıblar. Mütəxəssislər, "Albalı, quruluşundakı qida lifi sayəsində qəbizliyin qarşısını alır, ishalı kəsir və həzm problemlərini həll edir. Xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Damar sərtliyinə, rematizma, gut xəstəliyi və dizenteriyaya yaxşı gəlir. Çox yaxşı bir ağrı kəsici və təzyiq salıcı olan bu meyvə sinirləri qüvvətləndirir." deyə albalının faydalarını sadalayıblar. Albalının eyni zamanda ürək və damar sağlamlığına qarşı da insanları qoruduğunu söyləyən mütəxəssislər, "Albalı xolesterolu və qan şəkərini aşağı salar. Qanı təmizləyər və sızanaq kimi dəri problemlərinin qarşısını alar, yaşlanma əlamətlərini gecikdirər. Sidik sökdürücü xüsusiyyətiylə albalı, bədəni zəhərli maddələrdən təmizləyər. Böyrəklərdə daş və qum yığılmasının qarşısını aldığı kimi öd kisəsi daşının tökülməsinə kömək edər. Bədəndəki suyun çıxarılmasında rolu olduğu üçün arıqlamağa da köməkçi olar."deyə danışdılar.

Sizin Reklam Yeriniz