Əlaqə Arxiv
news Image
2013.05.29
17:00
| A A A
Ayrıldıqdan sonra edilən 4 böyük səhv

Ayrılıqla başa çıxmaq çox asan deyil və hər gün daha çox adam bu çətin müddəti geridə qoymaq üçün peşəkar köməyə müraciət edir. Movqe.Az-ın məlumatına görə, son iki ildə "Google"da edilən "ayrılıqla başa çıxma" mövzulu axtarışlar 41 faiz artmış vəziyyətdədir. "Google"a kimliyiniz müəyyən olmadan istədiyiniz axtarışları edə bilirsiniz və hər vaxt əlinizin altındadır. Amma internetdə gəzən məlumatlar həmişə doğru olmaya bilər. Bu səbəblə ekspert rəyləri çox əhəmiyyətlidir. Ayrılıqdan sonra qadınların etdiyi ən böyük səhvlər və bu səhvləri etmədən necə  həyata davam etmək mövzusunda baxın mütəxəssislər nə deyir:

Səhv 1 - Ayrıldıqdan sonra sevgilinizlə görüşməyə çalışmaq

Ayrıldıqdan sonra sevgilinizlə son dəfə danışmaq üçün görüşməyə çalışmaq edə biləcəyiniz ən böyük səhvlərdən biridir. Hər şeydən əvvəl, onun sizi gördükdə necə davranacağını bilmirsiniz. Ola bilsin ki, sizi çoxdan ağlından çıxarıb və həyatına davam edir. Onunla əlaqənizi tamamilə kəsmək üçün ondan bacardığınız qədər uzaqlaşmalısınız. Onu nə qədər tez görsəz və danışsanız, o qədər çox ağılınızda qalmağa davam edəcək.

Səhv 2 - Bu dövrü tək keçirməyə çalışmaq

Artıq sevgiliniz olmaya bilər, amma ətrafınızda hələ ailəniz və dostlarınız var. Necə hiss etdiyinizi onlarla bölüşmək, bu dövrü daha tez və asan geridə qoymağınıza köməkçi olar.

Səhv 3 - Hər şey üçün keçmiş sevgilinizi günahlandırmaq

Bütün günahı ona yükləmək və bütün mənfi xüsusiyyətlərini ortaya tökmək sizə özünüzü yaxşı hiss etdirə bilər, amma əlaqənizdə sizində səhvlər etdiyinizi qəbul etmək fərdi inkişafınız üçün çox əhəmiyyətlidir.

Səhv 4 - Davamlı olaraq ayrılığınız haqqında düşünmək

Ayrılıq səbəblərini və əlaqənizi araşdırmaq, bu dövrü sağlam bir şəkildə geridə qoymaq üçün əhəmiyyətlidir. Amma bunun davamlı bir şəkildə edilməməsi lazımdır. Nə vaxt ağlınız sevgilinizlə yaşadıqların vaxta getsə, düşüncələrinizi dağıdacaq bir fəaliyyətlə məşğul olmağa səy göstərin.

Sizin Reklam Yeriniz