Tarixə hörmətsizlik edib
Çinli turistin Misirdəki Luksor məbədinə adını yazması böyük təzyiqlərə səbəb olub. Movqe.Az-ın məlumatına görə, 15 yaşlı turistin 3 min 500 illik məbədə "Ding Jinhao burada idi" yazması ictimai mediada səs-küy yaradıb. Tarixə laqeyd turistin ortaya çıxmasını istəyən ictimai media istifadəçiləri səlahiyyətliləri vəzifəyə çağırıb. Digər tərəfdən uşağın valideynləri yaşananlardan ötəri üzr istəyib. Çinin Xarici İşlər azirliyi, çinli turistlərin düzgün davranmasını istəyib.