Facebook səhvini boynuna aldı
Movqe.Az xəbər verir ki, Facebook, "mübahisəli, zərərli və nifrət ehtiva edən" paylaşımlara qarşı mövcud tədbirlərin qeyri-kafi olduğunu qəbul edərək bu haqda olan siyasətlərini nəzərdən keçirəcəyini açıqlayıb. Kampaniya qrupları, reklam şirkətləri və medianın təzyiqi ilə Facebook bu şərhi etmək məcburiyyətində qalıb. Bir çox feminist qrup isə Facebooku şiddətə təşviq edən səhifələri qadağan etməyə çağırır. Facebook bloq yazısında, "Daha yaxşısını etməliyik və edəcəyik." deyib. Facebookun ictimai siyasətindən məsul Marne Levine, istifadə qaydalarını pozan məzmuna qarşı tətbiq olunan sistem üzərində bir neçə aydır iş apardıqlarını, lakin bu cür məzmunun tamamilə qaldırılması mövzusunda hələlik problemlər olduğunu qəbul edib.