Əlaqə Arxiv
news Image
2013.06.06
19:00
| A A A
Qara tutun faydaları

Yay aylarında satış cərgələrini bəzəyən və görünüşüylə insanları cəzb edən qara tut, antioksidan xüsusiyyətiylə yaşlanmağı gecikdirir. Movqe.Az-ın məlumatına görə, xüsusilə iyun ayında bazarlarda olan və satılan tut, şəfa qaynağı olmasından əlavə dərinin təzə və canlı görünməsini da təmin edir. Mütəxəssislər, bir çox sağlamlıq probleminə şəfa xüsusiyyəti səbəbiylə bolluca tut yemələrini tövsiyə edirlər. ,Qara tutun vitamin və mineral dəyərinin yüksək olduğu və immunitet sistemini gücləndirdiyi bildirilib. Tutun qan azlığına, ağız və diş sağlamlığı problemləri ilə canlı saçlar üçün də çox faydalı bir meyvə olduğunu söyləyən mütəxəssislər, "Tut, ağız yaralarına, qan azlığına faydalıdır. Ürəyi qoruyur, bədənə qüvvət verir. Yorğunluq hissinin azalmasına köməkçi olur. Ağız və badamcıq iltihabı, diş əti xəstəliklərinə və öskürəyə qarşı faydalıdır. Mədə və bağırsaqların işinə köməkçi olur. Ən əhəmiyyətlisi də yaşlanmağı gecikdirən dərinin daha təzə və canlı qalmasını təmin edir." deyə danışıblar.

Sizin Reklam Yeriniz