Əlaqə Arxiv
news Image
2013.06.24
14:10
| A A A
Tennisçilər "oğlan" üstündə dalaşdılar

Kortda qalmaqal baş verib...Qadınlar üzrə tennisin 1 nömrəsi ilə 3 nömrəsi "oğlan üstündə" bir-birilə dalaşıb. Movqe.Az-ın məlumatına görə, qadınlar üzrə tennisin ulduzları Maria Şarapova ilə Serena Uilliams, bu gün başlayan "Wimbledon" turnirindən əvvəl korta çıxmadan dalaşıblar. İki rəqib arasındakı gərginliyin səbəbi isə sıralamanın 1 nömrəsi Uillamsın, 3 nömrədəki Şarapova və sevgilisi Qriqor Dimitrov haqqında verdiyi bir müsahibə olub. "Rolling Stone" jurnalına müsahibə verən Uilliams rəqibindən, "Bəzi insanlar tennisi yalnız bir paltar kimi daşıyır" deyə danışıb. Bununla kifayətlənməyən zənci tennisçi, keçmişdə münasibət yaşadığı Dimitrovu nəzərdə tutaraq, "Qara bir ürəyi olan adamla birlikdə olmaq istəyirsə, qoyun olsun" deyib. Bu sözlərə rus tennisçidən sərt cavab gəlib. Rəqibinin boşanma ərəfəsində olan fransız məşqçisi ilə əlaqəsini işarə edən Şarapova bunları söyləyib: "Şəxsi söhbətlər etmək istəyirsə, boşanmağa hazırlanan evli və uşaqlı sevgilisindən danışa bilər."

Sizin Reklam Yeriniz