Məşhur mafia lideri intihara təşəbbüs edib
Movqe.Az "Euronews"a istinadən bildirir ki, İtaliyanın ən məşhur mafia liderlərindən olan Bernardo Provenzano qaldığı həbsxanada intihara təşəbbüs edib. Başına keçirdiyi plastik bir paketlə özünü öldürməyə çalışan 79 yaşlı B.Provenzanonun həyatı təhlükəsi olmadığı bildirilib.
Siciliya mafiasının əfsanəvi lideri B.Provenzano 43 il polisdən qaçmağı bacarsa da, 2006-cı ildə həbs olunub.
Ziba Yusifova
Movqe.Az