Movqe.Az xəbər verir ki, Samsung bu aralar olduqca hərəkətlidir. Galaxy Note 3-ün adını tez-tez xatırladan Cənubi Koreyalı elektronika nəhəngi köhnə modellərində də bəzi yeniliklər edir. Hələ1 həftə əvvəl Snapdragon 600 prosessorlu Galaxy Note 2-nin izləri benchmark siyahısında tapılmışdı. "China Mobile"a aid olan bu variant, prosessoru xaricində operatorun TD-SCDMA, W-CDMA, TDD-LTE və FDD-LTE əlaqələrini da dəstəkləyir. Cihaz 2 GB RAM, 5.5 düym 720p Super AMOLED ekran, 8 megapiksel arxa kamera, 1.9 megapiksel ön kamera kimi xüsusiyyətlərini qoruyur. Orijinal Note 2-lə aradakı tək fərq isə Snapdragon 600 prosessorun olmasıdır. Bu prosessor ilə birlikdə Galaxy Note 2 bir az daha sürətlənmiş vəziyyətdədir. Təəssüf ki, bu model yalnız Çinə aiddir. Daha yaxşı və daha sürətli Galaxy Note təcrübəsi üçün Snapdragon 800-dən gücünü alan Galaxy Note 3-ü gözləməyimiz lazımdır.