181 nəfərlik böyük ailə 4 mərtəbəli 100 otaqlı evdə eyni damın altında yaşayır
Hindistanda yaşayan 67 yaşlı çinli dülgər Ziona Çana 39 arvadı, 94 övladı və 33 nəvəsi ilə dünyanın ən böyük ailəsinə sahibdir. Mizoram əyalətinin Baktaunq qəsəbəsində olan 181 nəfərlik böyük ailə 4 mərtəbəli 100 otaqlı evdə eyni damın altında yaşayır. İstədiyi qədər qadınla ailə qurmağa icazə verən "Chana" məzhəbinin lideri olan Ziona 1 ildə 10 dəfə evlənərək öz rekordunu yeniləyib və bundan sonra da evlənmək üçün qadın axtarışında olacağını deyir.
İngiltərənin "The Sun" qəzetinə müsahibə verən dülgər dünyanın ən böyük ailəsinin atası, 39 qadının ər olaraq özünü şanslı bir kişi hesab edir. O həmçinin özünü tanrının "övladı" hesab edir.
Qeyd edək ki, bu vəziyyət (hər birinin 38 günnüsü olmaq) qadınları da narahat etmir. Rinkimi adlı qadın hesab edir ki, ona göstərilən hörmət tanrıya ən böyük xidmətdir: "O kəndin ən yaraşıqlı kişisidir. Ona hörmət və xidmət etmək tanrıya xidmət etmək kimidir".
Dünyanın ən böyük ailəsinin yaşadığı evdə hərbi intizam qaydaları hakimdir. Hər şeyi ən yaşlı həyat yoldaşı olan Zathianqi idarə edir. Cavan qadınlar Zionanın otağına yaxın otaqlarda, yaşlılar isə daha uzaq otaqlarda qalır. Qadınlar növbəylə Zionanın otağına gedirlər. Şam yeməyi üçün isə hər gün evdə 30 toyuq, 100 kq düyü, 60 kq kartofun yeməyi hazırlanır.
Ailənin yaşadığı 4 mərtəbəli, 100 otaqlı ev isə kiçik bir şəhərciyə bənzəyir.