50 milyon dollarlıq məhəbbət
Movqe.az xəbər verir ki, ABŞ-ın Kibercinayətkarlıqla Mübarizə Mərkəzi internet vasitəsilə romantik əlaqə yaradan dələduzların 2011-ci ildə artdığını və bu yolla əldə edilən məbləğin 50 milyon dollara yaxın olduğunu bildirib.
Fırıldaqçılar xüsusilə 40 yaşını adlamış dul, qüsurlu və ya yaşlı kəsləri hədəf alır.
Onlar əvvəlcə qurbanlarına romantik hədiyyələr, zərflər göndərir, daha sonra isə özlərindən acınacaqlı bir hekayə uyduraraq onlardan pul sızdırmağa başlayırlar.
Mərkəzə ötən il cəmi 314 min 246 şikayət daxil olub. Bunların beş min altı yüzünün eşq fırıldaqçılığı olduğu aşkarlanıb.