Əlaqə Arxiv
news Image
2013.09.03
17:00
| A A A
Göydələn Jaguar markalı avtomobili əritdi

Movqe.Az xəbər verir ki, Londonda xarici səthi günəş şüalarını əks etdirən göydələn, yolun qarşısına bir saatlığına park edilən lüks avtomobilin arxa aynasını və ön panelini əridib. "Walkie Talkie" olaraq xatırlanan və hələ tikintisi davam edən 200 milyon sterlinqlik göydələnin qarşı küçədəki Jaguar marka avtomobili əritməsi maşının sahibi Martin Lindsayın təəccübünə səbəb olub. Martin Lindsay, "Avtomobilimə qayıdanda nə olduğunu anlamadım. Bu qədər böyük bir proyektdə necə belə bir səhv edə bilərlər başa düşə bilmirəm. Hamımızı qarışqa kimi qızardacaqlar "deyib. City AM qəzetinə danışan Lindsay, "göydələni yıxacaqlarına inanmıram, ancaq bu problemə bir çarə tapmaları da şərtdir" deyib. Binanın dizaynı səbəbiylə günəş şüalarını bir nöqtədə toplayaraq əks etdirdiyi iddia edilsə də, gələn il açılışı gözlənilən 37 mərtəbəli göydələnin memarı Rafael Vinoly iddialarla əlaqədar bir şərh verməyib.





Sizin Reklam Yeriniz