Çin istehsalı iPhone 5C
Movqe.Az xəbər verir ki, Apple-ın ucuz qiymətli iPhone modeli iPhone 5C-yə dair məlumatlar gəlməyə davam edir. Bilindiyi kimi texnologiya nəhəngi Apple, böyük bir çatışmazlıq olmasa təxminən 1 həftə sonra hər kəsin gözlədiyi iPhone nümayişini reallaşdıracaq. Son olaraq ötən həftə GooPhone, iPhone 5C-in saxtasını satışa çıxarmış və iPhone 5C-in texniki xüsusiyyətləri ortaya çıxmışdı. İndi də Apple-ın ucuz iPhone olaraq təyin olunan cihazı iPhone 5C-in qutusu və istifadə təlimatı mediaya sızıb. Çinin Tvitteri Weibo-da sızdırılan bu iki fotoşəkildə iPhone 5C-in qutusu və istifadəçi təlimatı görülür. Lakin çox təəssüf ki, görüntülər çox kiçik və bir az bulanıq olduğu üçün yazılanlar dəqiq bir şəkildə aydın ola bilmir.