Hollande uşaqları güldürdü
Movqe.Az xəbər verir ki, Fransa prezidenti Fransua Hollande ötən gün yeni təhsil ilinin açılışı üçün getdiyi "Denain Michelet" ibtidai məktəbində uşaqları güldürmək üçün özündə gülməli üz ifadəsi yaradıb. Fotoşəkili Fransız AFP və İngilis Reuters xəbər portallarında yayımlanıb. AFP qısa müddət sonra fotoşəkilin "yaraşıqsız" olduğuna qərar verərək abunələrinə "xaiş olunur, istifadə etməyin" deyib. Foto sosial mediada yayılıb. Fransızlar, "Daha ağıllı göstərmək üçün bir az fotoşopa müraciət etdik" kimi zarafatlar edib.