iPhone 5S oktyabrdan Azərbaycanda! - Özəl
Apple-ın yeni iPhone modellərini tanıdacağı fəaliyyət bu gün
başlayır. Ucuz iPhone modeli "iPhone 5C" və iPhone 5S-lə yanaşı bir
çox yeni Apple məhsulu tanıdılacaq. Smartfonlarıyla qısa müddətdə
dünyanın ən məşhur texnologiya şirkəti halına gələn Apple-ın, yeni
məhsullarını tanıdacağı fəaliyyəti bu gün başlayacaq. Bakı vaxtilə
saat 22.00-da başlayacaq Apple fəaliyyətində son model Apple
məhsulları tanıdılacaq. Şirkətin sızdırılan məlumatlarına görə
fəaliyyətdə ucuz iPhone 5C və iPhone 5S-lə yanaşı, iPad Mini və
yeni Apple TV-nin də nümayiş olunması gözlənilir. Apple-ın köklü
dəyişiklik etməsi gözlənilən məhsullarından ən önəmlisi
iPhone-dur. Şirkət, iPhone 5S-in prosessorunu, batareyasını,
qrafik prosessorunu və düyməsini dəyişdirəcək. iPhone 5s əvvəlki
modelə görə sürətlənəcək və batareya müddəti uzanacaq. Yeni iPhone
modelində barmaq iziylə iş xüsusiyyətinin olacağı iddiası
irəli sürülür. Yeni iPhone modelinin "iPhone 6" olaraq da
adlana biləcəyi iddia edilir. Yeni iPhone modelinin qara və ağ
rəngli modellərindən başqa qızılı modeli də olacaq. Apple
məhsulları yeni mobil əməliyyat sistemi iOS 7 ilə fəaliyyət
göstərəcək. "İrşad Telecom"un Movqe.Az-a
verdiyi məlumata görə yeni iPhone 5C və iPhone 5S ölkəmizdə
oktyabrın ortalarından etibarən satışda olacaq.
Bu gecə tanıdılacaq məhsullar:
-iPhone 5s
-iPhone 5C
(Ucuz iPhone)
-Yeni iPad Mini
-Yeni Apple TV
-iOS 7