Azərbaycanın sevilən yağ markalarından olan “Möcüzə” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Yeni Klinika”da sosial layihə həyata keçirib. “Azərsun Holdinq” və TƏBİB-in birgə təşkilatçılığı, “Möcüzə” markasının dəstəyi ilə baş tutan layihədə 2 ildir koronavirusla mübarizədə on minlərlə vətəndaşımızın sağlamğlığına qovuşmasında böyük rolu olansəhiyyə işçilərinə “Sən özün bir möcüzəsən” şüarı altında hədiyyələr təqdim olunub. Layihənin keçirilməsində əsas məqsəd səhiyyə sahəsində çalışan xanımlara onların özəl və dəyərli olduqlarını hiss etdirməklə, yanaşı bütöv Azərbaycan torpaqlarında qadınlara ittihafən inşa edilmiş Vətənin 7 tarixi abidəsini özündə birləşdirənmənəvi dəyərləri də ön plana çəkmək idi. Yeni Klinikada çalışan xanım tibb işçiləri onlar üçün təşkil edilən “Sən özün bir möcüzəsən” adlı layihədən məmnun qaldıqlarını vurğulayıb və qadınları hər zaman diqqət mərkəzində saxlayan “Azərsun Holdinq” və TƏBİB-ə öz təşəkkürlərini bildiriblər.